Modern.az

Jurnalistlər üçün ayrılmış torpağın sənədləşməsi başa çatmaq üzrədir

Jurnalistlər üçün ayrılmış torpağın sənədləşməsi başa çatmaq üzrədir

6 Sentyabr 2010, 18:28

Hazırda jurnalistlər üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi prosesi gedir. Sənədlər hazır olandan sonra binanın lahiyələndirilməsi və tikilməsi üçün tender  elanı veriləcək. Bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli KİV nümayəndələri üçün tikiləcək mənzillərlə bağlı məsələni şərh edərkən Modern.az-a deyib.

Evin jurnalistlərə hansı kriteriyalarla verilməsinə gəlincə, Fondun rəhbəri qeyd edib ki, bu barədə danışmaq hələ tezdir və bununla bağlı hər hansı müzakirələr aparılmayıb.

“Biz birinci növbədə sənədləşməni başa çatdırmalıyıq. Tikinti başlanandan sonra  mənzilin alınması üçün hansı sənədlərin  lazım olması barədə ayrıca elan veriləcək.

Orada hansı sənədləri təqdim eləmək lazım olduğu göstəriləcək. Sənədlər fondda qəbul olunacaq”-deyən V.Səfərli qeyd edib.  

 

“İlk olaraq  biz lahiyələşmə üçün elan verməliyik. Daha sonra tikinti şirkətləri təkliflərini təqdim etməliir. Ondan sonra  tender élan olunacaq.

“Tender haqqında” qanuna görə, 2 ay müddətində nəticələr açıqlanmalıdır” –deyə o vurğulayıb. Bundan sonra Fond tenderin nəticələri barədə məlumat verəcək.

 

V.Səfərli həmçinin bildirib ki, mənzilləri verərkən Bakı şəhərində daimi qeydiyyatın vacibliyi barədə deyilənlər düzgün anlaşılmayıb. “Qeydiyyat barədə heç bir şərt qoyulmayıb və o məsələ heç müzakirə də olunmayıb”- deyən V. Səfərli əmin edib ki, proses şəffaf keçiriləcək. Evsiz jurnalistlərə  təmirli ev veriləcək.

“Hələki birinci binanın tikintisinə başlayacağıq və gələcəkdə də bu, davamlı olacaq”-deyə fond rəhbəri vurğulayıb. 

 

 

Mail Ağaxanov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir