Modern.az

Ukraynada kömür mədənində partlayış - azı 77 nəfər həlak olub

Ukraynada kömür mədənində partlayış - azı 77 nəfər həlak olub

4 Mart 2015, 12:33

Ukraynanın şərqində yaradılan qondarma “Donetsk Xalq Respublikası”nın ərazisində yerləşən kömür mədənində partlayış baş verib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zasyadko mədənində baş verən faciəli hadisə nəticəsində ən azı 77 şaxtaçı həlak olub.

Hadisə zamanı mədəndə ümumilikdə 207 nəfər olub. Onların yalnız 5-i mədəndən çıxa biliblər.

Həlak olanların sayının artması ehtimal olunur. Əraziyə “Donetsk Xalq Respublikası”nın xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir