Modern.az

“İranın İsraili yox etmək çağırışlarını dayandıracağam” - Baş nazir

“İranın İsraili yox etmək çağırışlarını dayandıracağam” - Baş nazir

Dünya

4 Mart 2015, 17:59



İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxışında İranla nüvə razılaşmasına qarşılıq olaraq tətbiq edilə biləcək alternativ təklifi səsləndirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İsrailə qayıtdıqdan sonra yenidən açıqlama verən baş nazirin sözlərinə görə,  Konqresdə İranın nüvə silahı əldə etməsini çətinləşdirəcək bir təklif irəli sürüb:

“Mümkün bir alternativ təklif irəli sürdüm. Təklifim, İranın nüvə silahı əldə edə biləcəyi müddəti uzada biləcək məhdudiyyətləri nəzərdə tutur. İranın dünya səviyyəsində dəstəklədiyi terrorizmi, qonşuları ilə yaşadıqları gərginlikləri və İsrailin yox edilməsi çağırışlarını dayandıracağam”.

  İran ilə ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya 2013-cü ilin noyabrında müvəqqəti bir müqavilədə razılaşdırıb. İranın nüvə proqramı ilə bağlı davam edən müzakirələr ətrafında mart ayının sonunda bir razılığa gəlmək və  iyunun 30-da son qərarın verilməsi gözlənilir.    

Şahin Qocayev
 
Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı