Modern.az

Nazir müavininin evi yağmalandı

Nazir müavininin evi yağmalandı

5 Mart 2015, 14:51

Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini Ayka Arutyunyanın evində oğurluq olub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, insident ötən il dekabrın 29-dan bu il martın 4-dən olan dövrdə qeydə alınıb. Bununla bağlı polisə nazir müavininin qohumları xəbər verib. Onların iddiasına görə, Arutyunyanın Djrvejedəki şəxsi mənzilindən televizor və digər məişət əşyaları yoxa çıxıb. Məlumatda qeyd edilir ki, nazir müavini ötən il mənzilində olmadığından yalnız bu yaxınlarda evdən əşyaların yoxa çıxmasından xəbər tutub. İndi faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir