Modern.az

Nemtsovun qatilləri gilizlərin köməyi ilə tapılacaq

Nemtsovun qatilləri gilizlərin köməyi ilə tapılacaq

5 Mart 2015, 15:24

Rusiyalı kriminalistlər Boris Nemtosvun qatillərini müəyyən etmək üçün hadisə yerində aşkar olunan gilizlərdən istifadə edəcəklər. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertlər bunun üçün həmin gilizləri ballistik analizə verəcəklər: “Gilizləri diqqətlə yoxlayıb cinayətkarın əl izlərini aşkarlamaq mümkün olacaq. Bunun əsasında isə qatilin şəxsiyyəti müəyyənləşdiriləcək”.

Ekspertlərin fikrincə, qatil hadisə zamanı əlcəkdən istifadə etsə də, gilizlərin analizi onu ələ verəcək. Çünki onların üzərində həmin şəxsin saç dənəcikləri, yaxud təri qalır.

Hadisə yerində tapılan bütün sübutlar, hətta siqaret kötüyü də analizə götürülüb. İstintaqçılar ballistik, daktiloskopik, bioloji və fiziki-texniki ekspertizalar keçirərək yeni sübitlar tapmaq ümidindədir.

Boris Nemtov fevralın 27-də gecə Moskvanın mərkəzində qətlə yetirilib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı