Modern.az

Qaqik Tsarukyan “Çiçəklənən Ermənistan”dan getdi

 Qaqik Tsarukyan “Çiçəklənən Ermənistan”dan getdi

5 Mart 2015, 17:29


Ermənistanın aparıcı müxalifət qüvvəsindən biri sayılan “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan partiyasının növbədənkənar qurultayında istefa verdiyini açıqlayıb.
Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Tsarukyan, ümumiyyətlə, aktiv siyasətdən getdiyini və bundan sonra biznemsen kimi fəaliyyət göstərəcəyini bəyan edib. Partiyanın yeni sədri isə Nairi Zoqrabyan olacaq. Zoqrabyan partiya sədri kmi keçirdiyi ilk mətbuat konfransında yalnız partiyanın deputatı Lyova Xaçaryanın ona qarşı səs verdiyini bildirib.

Son günlər “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan ilə Ermənistan prezidenti Serj Sərksiyan arasında münasibətlər kəskinləşmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!