Modern.az

Dini Komitənin keçmiş sədri Rafiq Əliyevlə FOTOSÖHBƏT

Dini Komitənin keçmiş sədri Rafiq Əliyevlə FOTOSÖHBƏT

Fotosöhbət

10 Mart 2015, 09:32

Modern.az saytı "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevlə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Rafiq Yəhya oğlu Əliyev 1947-ci ildə Azərbaycanın Ağdam rayonunda anadan olub. Fəlsəfə elmləri doktoru, professordur. 1990-cı ildən “İrşad” İslam Araşdırmaları Mərkəzinin təsisçisidir.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Qafqazda İslam Araşdırmalar Mərkəzinin direktoru, Şərqşünaslıq İnstitutunda beynəlxalq əlaqələr üzrə direktor müavini vəzifələrində çalışıb. 2001-ci il iyunun 21-dən 2006-cı il iyunun 26-dək Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2006-cı il iyunun 27-dən “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktorudur.
“Dünyada sülh uğrunda” Professorlar Akademiyasının və Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvüdür.
18 kitabın və 250-dən artıq elmi məqalənin, “Səmimi söhbət” (284 səh.), “Varlığın sirləri” (464 səh.), “Yoxsulluq, Diktatura, Ədalətsizlik” (252 səh.), “Romantizm körpəsi” (116 səh.), “İslamda ailə-nikah münasibətləri” (226 səh.), “İslam” (332 səh.) və digər kitabların, həmçinin 1200 səhifəlik 124 min söz və ifadədən ibarət “Ərəbcə-Azərbaycanca” lüğətinin (2009) müəllifidir.
Sadalanan kitablar ingilis dilinə tərcümə olunub və “İslam” kitabı istisna olmaqla, hamısı ABŞ-ın “Trafford Publishing” (www.Trafford.com) nəşriyyat evində çap edilib. Onlardan biri – “Hakimiyyət, cəmiyyət və din” (116 səh.) ABŞ-da 2013-cü ildə nəşr olunan kitablar müsabiqəsində “Qızıl möhür” medalına layiq görülüb. Həmin kitabları internet mağazalardan əldə etmək mümkündür.
Ailəlidir, iki övladı var.


1959-cu ildə atam və onun dostu ilə İstisuya istirahət üçün getmişdik
.


11-ci sinifdə şagird yoldaşlarımla.


Bacılarımla yay pioner düşərgəsində. İkinci kursda oxuyanda pioner düşərgəsində işləyirdim. 70 manat pul qazanırdım.



Universitetin
2-ci kursunda oxuduğum illərdə çəkilib...

 

Hazırda İslam Universitetinin rektoru, tələbə yoldaşım Sabir Həsənli ilə birlikdə.

1968-ci il. Yəmən zabitlərinə dərs keçirdim o vaxtlar...

Bu 1969-cu ildə Yəməndə çəkilən şəkildir. Generalın 60 illiyi münasibətilə süfrə qurulmuşdu. Qafqazlı kimi qoyunu kəsməyi mənə həvalə etdilər. 

 

1969-cu il. Yəməndə sualtı qayığın heyəti ilə birlikdə. İlk dəfə bizim sualtı qayıq oraya gəlmişdi.

Naxçıvanlı qızlardı. Həmin vaxt üçüncü kursda oxuyurdum. Yanımızda olan oğlan da mənimlə birgə oxuyurdu. Bizim yataqxanamız qızlar yataqxanası ilə üzbəüz idi. Mən də oğlanlar yataqxanasının nümayəndəsi idim.

Çox sevdiyim şəkillərimdən biridir...

Universitetdə birinci yerə çıxan bizim qrup idi. Hazırda tələbə yoldaşlarım arasında 4 nəfər elmlər doktorudur.  

 

1979-ci il. Naidə və yoldaşım.

 

Bu şəkil 1983-cü ildə Bakıda çəkilib.  Naidə 6 yaş, Çingiz 2 yaş yarımda.

Bu şəkil 1983-cü ildə Bakıda çəkilib.  Naidə 6 yaş, Çingiz 2 yaş yarımda.

ABŞ-ın səfiri, siyasi işlər üzrə müşaviri və mənim ailə üzvlərim – həyat yoldaşım, qızım, oğlum, kürəkənim. 2002-ci il.

Bu da Amerika senatının komissiya sədridir, digəri isə Amerika səfirinin siyasi işlər üzrə müşaviridir.

 

Evimizin xanımı ilə...

Bu şəklimiz Yeni ildə çəkilib.

Qızım, kürəkənim, nəvəm, mən və yoldaşım. 

Nəvəm, evimizin nəşəsi babasının ad gününə gəlib. 

 

Fələstinli dostumuzla...

İngiltərənin Lordlar palatası, 2003-cü il, sentyabr. Lordlar palatasının komissiyasında Azərbaycanda İslam haqda məruzədən sonra.

 

2003-cü il Afina Olimpiadası ərəfəsində din xadimlərinin görüşündə.

«Təhsil və tərbiyə problemləri» konfransında. Keçmiş baş nazir Rəhim Hüseynovla birlikdə. Yanımızdakı cənab «Beynəlxalq təhsil fondunun» Cənubi Asiya üzrə nümayəndəsidir.

 Amerikalı şairə Süzana ilə. O vaxt onun şerlərini rus dilində tərcümə etmişdim.

1998-ci ildə Nyu-Yorkda keçirilən təhsil və elm konfransında Rəhim Hüseynov, İntiqam Babayevlə birlikdə şəkil çəkdirdik.

1998-ci il. Hidayət Orucov və Tariyel Həsənovla  Səudiyyə Ərəbistanın vəliəhdinin evindəyik. Orda Hidayət Orucov xəstələnmişdi. Mehmanxanada qalası oldu. Tariyel Həsənov dedi ki, mən gedirəm, qala bilməyəcəm. Mən çox fikirləşmədim və səfirliyin həkimini çağırdım. Axşam artıq Hidayət Orucov ayaqüstə idi.

1999-cu il. Misirin səfiri ilə "İrşad"da görüş zamanı. O, birinci qadın səfir idi.


Səudiyyə Ərəbistanının və Misirin səfiri mənim ailəmin qonağı olmuşdular. Fotoda XİN idarə müdiri, hazırda Misirdə Azərbaycan səfiri Şahin Abdullayev və Prezident Aparatının şöbə müdirinin müavini ərəbşünas Tariyel Həsənovdur.


1999-ci il. Misir Ərəb Respublikasının səfiri və dostum (o dövrdə) Şeyxülislam Qurani Kərimin rus dilinə poetik dildə tərcümə edən Valeriya Poroxovanın şərəfinə «İrşad» hoteldə təşkil etdiyim qonaqlıqda.

İranın Qum şəhərində təhsil alan tələbələrlə. Bir şeyi deyim ki, onlarla görüşməyə heç kəsə icazə yox idi. O vaxt onlarla görüşə səfirimizə də icazə verilməmişdi. Mən dövlət komitəsində işlədiyim zaman oraya dəvət etdilər. Mən onlarla şərt kəsdim ki, əgər o tələbələrlə görüşəcəmsə, ora gələcəm. Şərtin nəticəsi olaraq, onlar birinci dəfə  Qum şəhərində oxuyan 250 azərbaycanlı tələbələrlə görüşümü təşkil etdilər.

Komitənin yaranmasının 3 illiyi münasibəti ilə Heydər Əliyevin məzarı qarşısında yığışmışdıq.

2003-cü ildə Amerikanın keçmiş səfiri və onun müşaviri ilə birlikdə görüş keçirdik.

Almaniya və Belçikanın səfirləri ilə görüş.

Pravoslav kilsəsinin patriarxı ikinci Varfolomey mənim dəvətimlə Azərbaycana gəlmişdi. Rəhmətlik Murtuz Ələsgərovla birlikdə onlarla çox maraqlı söhbətlərimiz oldu. Daha sonra Heydər Əliyevin yanına 15 dəqiqəlik söhbətə getmişdi. Heydər Əliyev onu 1 saat buraxmamışdı. Sonra maraqlı bir söz də demişdi: "Bizim din xadimləri sizin kimi səmimi söhbət edə bilsələr, mən onları hər gün qəbul edərdim".

 

2003-cü ildə ATƏT və Azərbaycan arasında keçirilən konfrans. Birinci dəfə idi ki, ATƏT bir ölkə ilə konfrans keçirirdi. "Dini tolerantlıq və terrorizmə qarşı mübarizənin yolları"na dair müzakirələrdə Heydər Əliyev də çıxış etdi.

İran İslam Respublikasınıın Qum şəhərində təhsil alan azərbaycanlı təbələrlə görüş zamanı. İslam Universitetini rektoru və  Azərbaycanın İrandakı o vaxtkı səfiri Abbasəli Həsənov ilə birlikdə...

İranda Şah  sarayının yanındakı bağda çay süfrəsi.

 

Valeriya Poroxovanın Qurani Kərimin rus dilinə poetik dildə tərcüməsinin Bakı Slavyan Universitetində təqdimatı. Tədbirdə Poroxovanın yoldaşı və BSU-nun rektoru Kamal Abdulla iştirak edirdi. 

 

 

 


 


 

 

 

 

 

 

2003-cü ildə  Rus pravoslav kilsəsinin açılışı idi.

Dövlət Komitəsində yeni işə başladığım illərdi. O vaxt İraqın dini işlər naziri Dini işlər üzrə Dövlət Komitəsində qonaq olmuşdu. Səfirliyin işçiləri və Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə onu qəbul etdik.

İslam liqasının sədri, görkəmli alim və siyasətçi cənab Ət-Türki ilə Bərdədə qaçqınlar düşərgəsində olarkən.

2011-ci ildə Amerikada hadisələr baş verdikdən sonra müsəlman diasporunun sədri Azərbaycana gəldi. Yeganə müsəlman lider idi ki, amerikanlıların əleyhinə çıxışından sonra onlar bundan istifadə etdi.

İranın mədəniyyət naziri ilə görüş.

Komitənin 4 illiyi  münasibətilə keçirilən konfransda Prezident Aparatının şöbə müdirinin müavini Tariyel Həsənovla birlikdə.

Bu şəkil mayın 22-də çəkilib.  Roma Papası ilə aeroportda görüş zamanı.... 

Dövlət Komitəsində BMT-nin insan haqları üzrə komissiyasının sədri ilə görüş zamanı.

Dostlarla. Siyavuş Kərimli, Rövşən Ağayev və mən “İrşad” restoranında.

Azərbaycan-Gürcüstan mədəni əlaqələr Asossiasiyasının rəhbəri rəssam Tamar Lamparadze ilə birlikdə.

2007-ci il. Türkiyədə  dostlarla birlikdə.

Ad günümdə mənim üçün dəyərli və əziz insanlarla bir yerdə...

Pərvin ARZUQIZI

Ulduz İBRAHİMOVA 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu