Modern.az

Quba Tarix Diyarşünaslıq Muzeyi təhlükədədir

Quba Tarix Diyarşünaslıq Muzeyi təhlükədədir

Mədəni̇yyət

9 Oktyabr 2009, 13:32

Quba Tarix Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva Modern.az-a açıqlamasında muzey binasının qəzalı vəziyyətə düşməsindən narahat olduğunu bildirb. M.Hacıyevanın sözlərinə görə, sürüşmə zonasında yerləşdiyindən muzey binasının bir tərəfində çatlar əmələ gəlib. O, problemlə bağlı bir neçə dəfə əlaqədar qurumlara məlumat verdiyini, lakin tədbir görülmədiyini vurğulayıb. M.Hacıyevanın sözlərinə görə, bu muzeydə bütün şimal bölgəsinin tarixini özündə əks elətdirən eksponatlar saxlanılır: "Quba Tarix Diyarşünaslıq Muzeyində çoxlu eksponatlar saxlanılır, lakin onların qorunması üçün münbit şərait də yoxdur. Belə getsə onların çoxu məhv ola bilər".
M.Hacıyeva deyib ki, son illər turizm bölgəsinə çevrilən Qubada belə muzeyin mühafizəsi çox vacibdir: "Azərbaycanın sərvətlərini talayan şəxslərə üzümü tutub deyirəm ki, muzeyləri də qorumaq lazımdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir