Modern.az

İsrailli nazirdən sərt AÇIQLAMA: “Onların başını baltalamaq lazımdır”

İsrailli nazirdən sərt AÇIQLAMA: “Onların başını baltalamaq lazımdır”

9 Mart 2015, 11:00

 İsrailin xarici işlər naziri Aviqdor Liberman diplomatik çərçivələrdən kənar ifadələri ilə diqqət çəkib.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Aviqdor Liberman bildirib ki, İsrailə qarşı olan ərəblərin başları kəsilməlidir.

XİN başçısı lideri olduğu “Evimiz İsrail” Partiyasının Herzliya şəhərində təşkil olunan seçki kampaniyasında çıxışı zamanı söyləyib ki, İsrailə qarşı olanların başlarını balta ilə kəsmək lazımdır.

“İsrailli ərəblərdən bizim tərəfimizdə dayananlar hər şey əldə edəcəklər. Amma bizə qarşı olanların başını balta ilə kəsmək lazımdır. Yoxa bu torpqalarda İsrail deyə bir şey qalmaz”,-deyə qeyd edib.  

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı