Modern.az

“Bağdad İranın paytaxtıdır” - İrandan rəsmi AÇIQLAMA

 “Bağdad İranın paytaxtıdır” - İrandan rəsmi AÇIQLAMA

9 Mart 2015, 20:22

“İranın mədəniyyət  coğrafiyası Çin sərhədindən Əfqanıstan, Pakistana və Şimali Qafqazdan Fars körfəzinə qədər olan əraziləri əhatə edir.  İran mədəniyyət coğrafiyasında yaşayan hər kəs iranlıdır və onlar bizim mühafizəmiz altındadır. Onlar İslam fanatizmi, ateizm, təkfirçilik, yeni Osmanlıçılıq, vəhhabilik, Qərb və sionizm təhdidindən qoruyacağıq”.

Modern.az saytının İran KİV-nə istinadən verdiyi xəbərə görə bunu İran prezidentinin  milli azlıqlar üzrə müşaviri Əli Yunisi  deyib.

O, “Böyük iranlı kimliyi” konfransında çıxışı zamanı söyləyib ki, sözügedən bölgələrdə strateji və mədəni, tarixi nüfuz olduqca önəmlidir.

İran prezidentinin rəsmi nümayəndəsi İsrailin baş naziri Benyamin Netanyahunun “İran dörd ölkəni uddu” fikrinə də münasibət bildirib. Əli Yunusi qeyd edib ki, Netanyahu əslində İranın bölgədə böyük təsiri olduğunu dilə gətirib: “İraq bu an sadəcə bizim mədəniyyət təsirimiz altında olan ölkə deyil. Bağdad bizim mədəni mərkəzimiz və paytaxtımızdır”.  

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı