Modern.az

İŞİD niyə dağılır? – Yeni TƏFƏRRÜATLAR

İŞİD niyə dağılır? – Yeni TƏFƏRRÜATLAR

Dünya

9 Mart 2015, 22:34

 

2014-cü ilin iyun ayında Yaxın Şərq regionunda yeni radikal dini ambisiyalarla siyasi meydana atılan “İraq Şam İslam Dövləti” terrorçu təşkilatı (İŞİD - sonradan adını “İslam dövləti” adlandırıldı-red) vəhşilikləri ilə yaxın tarixə imzasını qoydu.

Sıralarını qısa müddətdə genişləndirən, İraqda və Suriyada insanlıq əleyhinə təsvirəgəlməz əməlləri ilə bəşəri cinayətlər törədən İŞİD terrorçu şəbəkəsi tərkibində artıq ciddi ideoloji fikir ayrılıqlarının yarandığı bildirilir.  

Modern.az saytının məlumatına görə “The Wall Street Journal” nəşri yazıb ki, “İslam Dövləti” tərkibində ideoloji böhran, korrupsiya və fərarilik halları baş alıb gedir. Məqalədə deyilir ki, təşkilat daxilində bu cür  mənfi təzahürlərin güclənməsi “İslam Dövləti”ni zəiflədir və parçalayır.

Bildirilib ki, İŞİD yerli döyüşçülərə nisbətən başqa ölkələrdən gələn muzdlulara daha çox pul verib və onları lazımınca təchizatlandırıb.  

“İslam dövləti”nin keçmiş döyüşçülərindən biri deyib ki, o, terrorçu qruplaşmanın yaraqlılarının ədalətsiz mövqelərinə və dinc sakinlərə tutduqları divana görə təşkilat sıralarını tərk edib. “Suriyada olan döyüşçülər də hesab edirdilər ki, “İslam Dövləti” əcnəbi döyüşçülərlə müqayisədə onlarla ədalətsiz davranır”,-nəşr adını açıqlamadığı keçmiş döyüşçüyə istinadən bildirib.  

Məlum olub ki, “İslam dövləti” xaricdən gələn döyüşçülərə aylıq 800 dollar verdiyi halda, yerli Suriya yaraqlıları bundan 2 dəfə az pul alıblar.  

Terrorçu şəbəkədən ayrılan daha bir keçmiş döyüşçü isə qeyd edib ki, xaricdən gələnlərin çoxu İŞİD hesabına yaxşı yaşamaq istəyənlər olub.

“The Wall Street Journal” qeyd edib ki,  xarici və yerli yaraqlılar arasında yaranmış gərginliyin artmasından və Kobani şəhərindəki məğlubiyyətdən sonra “İslam dövləti” mənəvi böhranla üz-üzə qalıb.

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi