Modern.az

Şəkidə kimsəsiz uşaqlar yada salınıb

Şəkidə kimsəsiz uşaqlar yada salınıb

10 Sentyabr 2010, 23:13

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) Şəki Regional numayəndəliyi Müqəddəs Ramazan ayı münasibəti ilə Şəki Uşaq evində azyaşlı uşaqlarla görüş keçirib. Modern.az-ın məlumatına görə, məqsəd kimsəsiz və yardıma ehtiyacı olan uşaq və yeniyetmələrə yardım etmək və onlara qayğı göstərmək olub. Tədbirdə Şəki şəhər Gənclər və idman idarəsinin nümayəndələri də iştirak edib.

Görüş zamanı balacalara bayram sovqatı təqdim olunub. Tədbirdə GEMİ üzvləri kimsəsiz  və valideyn himayəsindən məhrum olan uşaqlara unudulmaz bir gün bəxş edib. Görüşdə müxtəlif ədəbi-bədii kompozisiya numayiş olunib. Viktorina və oyunlarda iştirak edən komandalar mukafatlandırılıb. Uşaqlar burada öz fərdi istedad və bacarıqlarını da sərbəst şəkildə nümayiş etdiriblər.
Qeyd edək ki, GEMİ Şəki Regional numayəndəliyi Ramazan ayı boyunca kimsəsiz uşaları ziyarət etmək üçün kampaniya başlatmış, bu kampaniya üçün xüsusi bank hesabı aşmışdı. Yığılan vəsait hesabına alınan hədiyyələr uşaqlara bağışlanıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir