Modern.az

Keçmiş həyat yoldaşı Putin haqda danışıb: “O görüşlərə həmişə gecikirdi”

Keçmiş həyat yoldaşı Putin haqda danışıb: “O görüşlərə həmişə gecikirdi”

Dünya

10 Mart 2015, 13:02


Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina əri ilə münasibətlərindən danışıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın keçmiş birinci ledisinin bu barədə xatirələri Oleq Blotskinin “Vladimir Putin. Hakimiyyətə gedən yol” kitabında yer alıb:

“Vladimir Vladimiroviçin valideynləri ilə ilk görüşü yaxşı xatırlayıram... O, həmin vaxtlar dəbdə olan “Rossiya” stereosistemini hələ yenicə almışdı və bu münasibətlə məni və iki dostunu çağırmışdı... Xatırlayıram ki, mətbəxə getdim və orda Vladimir Vladimiroviçin anası – Mariya İvanovna ilə qarşılaşdım. Biz nəsə haqda danışırdıq və bu zaman Aleksey (Vladimir Vladimiroviçin bizi tanış edən dostu) mətbəxə daxil olaraq Mariya İvanovnadan soruşdu: “Lyuda necədir? Xoşunuza gəlir?”. O isə cavab verdi: “Əlbəttə, pis deyil. Amma onun artıq bir Lyudası olmuşdu. Yaxşı qız idi...”. Və söhbət bu səpgidə davam etdi. Az qala mənim gözlərimdən yaş axacaqdı. Gizlətməyəcəyəm, həmin an mənə çox xoşagəlməz və ağır idi.     

Vladimir Vladimiroviçlə münasibətlərimiz tədricən inkişaf edirdi. Ola bilsin ki, bu münasibətlər kifayət qədər rəngarəng deyildi, amma əvəzində stabil idi. Qəribə bir qanunauyğunluq da var idi: 2 ay hər şey normal gedir, sonra nəsə neqativ, uyğunsuzluq baş verir, sonra yenə hər şey yaxşı olurdu.

Hislərdən danışsaq, bu hansısa qısamüddətli hislər deyildi. Bilirsiniz necə olur: insanı görürsən və o saat vurulursan. Bax, beləsi olmamışdı. Həyatımda ilk dəfə olaraq bir insanı tədricən sevirdim. Tədricən öyrəşdim və sevdim.

Görüşlərimizi xüsusilə qeyd edirəm. Onlara mən heç vaxt gecikmirdim, amma Vladimir Vladimiroviç həmişə gecikirdi. Saat yarım gecikmək normal bir şey kimi qəbul olunurdu. Bunu bilə-bilə mən yenə də görüşə gecikə bilməzdim. Fikirləşirdim ki, bəlkə bu dəfə tez gələcək (Yeri gəlmişkən, Vladimir Vladimiroviçin gecikməsi ilə bu günə qədər barışmamışam).

Xatırlayıram ki, bir dəfə metroda durmuşam. Vladimir Vladimiroviçin gecikməsini ilk 15 dəqiqə normal qarşılayıram. İlk yarım saat da normal keçir. Lakin görüş vaxtından 1 saat keçib, o isə hələ yoxdursa, sadəcə oturub ağlayırdım. Saat yarımdan sonra isə artıq heç bir emosiya hiss etmirsən...

Vladimir Vladimiroviç yaxınlaşanda heç zaman mübahisə etmirdim. Gözlədiyin saat yarımlıq zaman kəsiyində o qədər hiss yaşayırsan ki, emosiya göstərməyə heç bir güc qalmırdı. Odur ki, Vladimir Vladimiroviç məni yorurdu, məni yormaqla qalib gəlirdi.

Gecikməyini isə həmişə məsuliyyətlə yanaşdığı işi ilə əlaqələndirirdi. Şəxsi həyatda isə arxayınlaşırdı. Başqa harada rahatlaşsın ki?

Amma Vladimir Vladimiroviçi qiymətləndirirəm, o həmişə belə olub: heç vaxt bəhanələr axtarmırdı və özünü olmadığı birisi kimi göstərməyə çalışmırdı. Vladimir Vladimiroviç heç vaxt öz prinsip və addımlarını dəyişmirdi. Bir sözlə, o belə birisi idi. Vladimir Vladimiroviç heç zaman bu barədə danışmırdı, lakin mən anlayırdım ki, o belə birisidir, heç zaman başqa cür olmayacaq. Məncə, belə davranış ədalətli idi”.

 

Vüqar İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar