Modern.az

Erməni idmançılar Bakıya gələcəklər

Erməni idmançılar Bakıya gələcəklər

Dünya

10 Mart 2015, 22:03


Ermənistan Milli Olimpiya Komitəsi bəyan edib ki, bu ölkənin idmançıları Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək.
Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı xəbər verir ki, Milli Olimpiya Komitəsi iştirak barədə qərarı idmançıların öz ixtiyarına buraxıb.

Ermənistan Güləş Federasiyası bundan öcə Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinə olduğunu açıqlamışdı. Ermənistanın idman naziri Qabriel Kazaryan isə bildirmişdi ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub