Modern.az

“Kurtlar Vadisi Pusu”nu çəkən “Pana Film”dən tamaşaçılara sürpriz

“Kurtlar Vadisi Pusu”nu çəkən “Pana Film”dən tamaşaçılara sürpriz

Dünya

11 Mart 2015, 01:17

Hazırda Kanal D-də yayımlanan Türkiyənin ən məşhur və uzunömürlü serialı olan “Kurtlar Vadisi Pusu”nu ekranlaşdıran “Pana Film” şirkəti tamaşağılara yeni sürprizini təqdim edib. Modern.az-ın məlumatına görə, martın 10-dan etibarən Kanal D-də “Pana Film”in istehsal etdiyi yeni serialın nümayişi başlayıb.

“Qara qutu” adlanın yeni serialda baş rolları tanınmış aktyorlar Orhan Kılıç,  Sümeyra Koç, Deniz Uğur, Kerem Alışık, Hazım Körmükçü, Hakan Eratik, Barış Bağcı, M. Ali Kaptanlar, Caner Çandarlı, Sadi Ali Cengiz oynayır.
”Pana Film”in istehsalı olan serialın rejissoru Sərdar Akar, ssenari müəllifi Ercan Mehmet Erdemdir.

Filmdə dövlət adına çalışan gizli təşkilatın “qara işlərindən” bəhs olunur.


Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır