Modern.az

Obama Putinin sərt tədbirlər görəcəyindən qorxuya düşüb

Obama Putinin sərt tədbirlər görəcəyindən qorxuya düşüb

Dünya

11 Mart 2015, 10:32

Almaniyanın ABŞ-dakı səfiri Peter Vittix bildirib ki, Ağ Ev rəhbəri Barak Obama Angela Merkellə görüşdən sonra Ukraynaya silah göndərməkdən imtina edib.

Səfirin sözlərinə görə Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Barak Obamanı Ukraynada sülh və sabitliyin bərqərar olması üçün diplomatik, siyasi səylərin vacibliyinə inandırıb.

ABŞ-ın Ukraynaya silah göndərməkdən imtina etməsi Qərbin aparıcı mətbuat orqanlarının əsas mövzularından birinə çevrilib.

Modern.az saytının verdiyi xəbərə görə “New York Times” qəzeti yazıb ki, ABŞ hakimiyyəti Ukraynaya hərbi yardım edilməsi barədə qərar verə bilər. Nəşrin məlumatına görə  Ukraynaya silah vermək məsələsində ABŞ Ağ Ev administrasiyası üzvlərinin və  senatorların təkidi ilə üzləşən Barak Obama  fikrindən daşınıb.

“Çünki Amerika kəşfiyyatı son günlər Ukrayna sərhədini keçən yeni Rusiya tanklarını və artilleriyasını aşkar edib”,-deyə nəşr bildirib. Qəzet yazıb ki, Barak Obama Ukraynanın silahlandırılması perspektivinin Rusiyanın sərt tədbirlərə əl atacağı ehtimalını nəzərə alaraq fikrindən daşınıb.

“Görünür, bununla da Obama Avropadakı partnyorlarının Ukraynanın silahlandırılmaması ilə bağlı mövqeyini dəstəkləməyə hazır olduğunu göstərib”. 

Aqşin Kərimov  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!