Modern.az

Nazarbayev namizəd oldu, qazax dilindən imtahan verdi

Nazarbayev namizəd oldu, qazax dilindən imtahan verdi

Dünya

11 Mart 2015, 17:17


Qazaxıstanda aprelin 26-da keçiriləck növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Nursultan Nazarbayev bütün namizədlər üçün məcburi olan qazax dili üzrə imtahan verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nazarbayev imtahandan uğurla keçib və Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə alıb.

“Biz qərara gəldik ki, Nursultan Nazarbayev dövlət dilini tam sərtəbst bilir”, - Qazaxıstan Mərkəzi Seçki Komissiyasının linqvistika komissiyasının sədri Mırtazay Joldasbekov deyib.

Bundan əvvəl Qazaxıstan prezidentliyinə namizədliyini irəli sürən 4 namizəd dil imtahanından kəsilərək seçki marafonundan uzaqlaşdırılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!