Modern.az

Amerika rusiyalı məmurlara qarşı yeni sanksiyalar tətbiq etdi - SİYAHI

Amerika rusiyalı məmurlara qarşı yeni sanksiyalar tətbiq etdi - SİYAHI

11 Mart 2015, 18:12

ABŞ Maliyyə Nazirliyi ölkəsinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların siyahısını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar keçmiş Ukrayna hakimiyyətinin nümayəndələri, Krımda, Ukraynanın Şərqində yaradılan qondarma qurumlar və bir sıra rusiyalı məmurlara qarşı yönəlib. Siyahıda 2 ictimai təşkilat və 14 fiziki şəxs var. Onların ABŞ-dakı bank hesabları dondurulub və bu ölkəyə girişləri qadağan olunub.

Sanksiya siyahısına “RNKB” bank, “Avrasiya Gənclər İttifaqı” təşkilatları, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Krım respublikasının xarici işlər naziri Sergey Abisov, Krım Milli Bankının keçmiş sədri Sergey Arbuzov, Ukraynanın keçmiş səhiyyə naziri Raisa Boqatırova, tanınmış rusiyalı ictimai xadim Aleksandr Duqin, “Donetsk Xalq Respublikası”nın “xarici işlər naziri” Yekaterina Qubyarova, “Avrasiya Gənclərti İttifaqı”nın sədrləri Pavel Kanişev və Andrey Kovalenko, Rusiyanın Sevastopoldakı miqrasiya xidmətinin rəhbəri Oleq Kojura, “Luqansk Xalq Respublikası”nın daxili işlər naziri” Yuri İvankin və digərləri daxil edilib. 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir