Modern.az

Nemtsovun qızı atasının qətlində Putini ittiham etdi

Nemtsovun qızı atasının qətlində Putini ittiham etdi

Dünya

12 Mart 2015, 11:34

Boris Nemtsovun ilk evlilikdən olan qızı, jurnalist Janna Nemtsova Britaniyanın BBC telekanalına müsahibə verib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, atasının qətlindən sonra bir müddət Almaniyada yaşamağı qərara alan Janna Nemtsova həmin qətldə Rusiya hakimiyyətini günahkar bilib:

“Mənim atam Putin hakimiyyətinin əsas tənqidçisi idi. O, Rusiya müxalifətinin ən güclü lideri idi. O, yalnız Putinlə mübarizə aparırdı, başqa heç kəslə”.

O, atasının qətlində Putini günahkar bilib-bilməməsi ilə bağlı suala açıq cavab verib: “Siyasi baxımdan qatil bilirəm. Atamı öldürüblər, susa bilmərəm. Onlar həqiqəti müəyyən etməkdə maraqlı deyillər”.

Nemstova hadisədən sonra onun atasının yaşadığın mənzilə buraxılmadığını, qətl baş verdikdən həmən sonra hüquq-mühafizə orqanlarının oradan bütün sənədləri və texnikanı müsadirə etdiyini deyir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir