Modern.az

Prezidentin eks-məsləhətçisi: “Putin yaxınlarda istirahətə göndəriləcək”

Prezidentin eks-məsləhətçisi: “Putin yaxınlarda istirahətə göndəriləcək”

13 Mart 2015, 11:56

“Rusiyanı qlobal kadr dəyişiklikləri gözləyir. Baş nazir Dmitri Medvedevi Sergey İvanovla əvəz edəcəklər. Vladimir Putin isə istirahətə göndəriləcək”.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun Katon İnstitutunun baş elmi işçisi Andrey İllarionov öz bloqunda yazıb: “Qan və pul partiyası ağır itkilərlə üzləşib və “böyük qan” partiyasının təzyiqi alıtnda bütün cəbhə boyu geri çəkilir”.

Ekspertin sözlərinə görə, fevralın 27-dən görünməyən Sergey İvanov (Rusiya Prezident Administrasiyasının rəhbəri) Rusiya pravolsav kilsəsi ilə ittifaq bağlayaraq öz mövqelərini möhkəmləndirib.

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev isə şuranın Pyatiqorskda keçirdiyi görüşdə Ramzan Kadırovun faktiki kapitulasiyasını qəbul edib.

Konstantin  Remçukov isə Böyük Teatrın lojasından xəbər verib ki, “Rosneft”in rəhbəri İqor Seçin istefa verəcək.

Andery İllarionov daxili işlər naziri Vladimir Kolokoltsevin də tezliklə istefaya göndəriləcəyini düşünür.

“Başqa sözlə, “ümumilli lider”in maliyyə və güc dayaqları iflic olub, - deyə o əlavə edib.

Zamanında Vladimir Putinin məsləhətçisi kimi çalışan Andrey İllarionov prezidentin son günlərdəki yoxluğuna da diqqət çəkib:
“Qazaxıstana səfərinin təxirə salınması və prezidentin “xəstəliyi” ilə bağlı informasiyaların fəal sızdırılması Putinin fiziki baxımdan harada olması və onun durumu barədə düşünməyə vadar edir”.   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir