Modern.az

Abdulla Gül siyasətə qayıtmayacağını bəyan etdi

Abdulla Gül siyasətə qayıtmayacağını bəyan etdi

13 Mart 2015, 15:41


Türkiyənin 11-ci prezidenti Abdulla Gül son günlər yenidən aktiv siyasətə qayıdacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abdulla Gül bugünkü açıqlaması ilə ehtimallara birdəfəlik son qoyaraq deyib: “Ankaradan ayrılarkən nə söylədimsə, hələ də eyni fikirdəyəm, aktiv siyasətə dönmək kimi bir düşüncəm yoxdur”.

İstanbulda cümə namazı zamanı sualları cavablandıran keçmiş prezident millət vəkilliyinə namizədi olub-olmayacağı ilə əlaqədar danışılanların onunla razılaşdırılmadan ortaya çıxdığını deyərək qəti şəkildə aktiv siyasətə dönmək kimi bir niyyətinin olmadığını vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır