Modern.az

Putinin yenidən ata olması xəbəri yalanlandı

Putinin yenidən ata olması xəbəri yalanlandı

Dünya

13 Mart 2015, 20:57

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov bu gün ölkə başçısı barədə Qərb mediasının yaydığı bir xəbəri dezinformasiya adlandırıb.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peskov Vladimir Putinin yenidən ata olması ilə bağlı məlumatları təkzib edib.

Qeyd edək ki, İsveçrənin “Blick” qəzeti bu gün bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayevanın ana olması, bu ölkədə oğlan uşağı dünyaya gətirməsi barədə məlumat yayıb. İsveçrə mətbuatı yazıb ki, uşağın atası guya, Rusiya prezidenti Vladimir Putindir.

Alina Kabayeva ilə Putinin sevgili olduğu barədə bundan öncələr də müxtəlif xəbərlər yayılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır