Modern.az

Azərbaycanda yaşayan ingiloylar haqqında film çəkilib

Azərbaycanda yaşayan ingiloylar haqqında film çəkilib

9 Oktyabr 2009, 16:04

AzTV-nin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində «İngiloylar» sənədli televiziya filminin istehsalı başa çatıb.

Azərbaycan Teleradio Verilişləri QSC-nin

mətbuat xidməti

ndən Modern.az-a bildirilib ki, film Azərbaycanın ən qədim əhalisindən olan ingiloyların tarixi, mədəniyyəti, adət və ənənələrinə həsr olunub. Çəkilişlər Zaqatala rayonunun Əliabad və Qax rayonunun Qax-İngiloy qəsəbələrində aparılıb. F

ilmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elşən Zeynallı, operatoru Mətləb Yaqubovdur.  

                 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir