Modern.az

“Moskvada vəziyyət Putinin istədiyi kimi deyil” - Politoloq

“Moskvada vəziyyət Putinin istədiyi kimi deyil” - Politoloq

Dünya

17 Mart 2015, 14:58


Aprelin 24-də Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir. Səfər Rusiya və Türkiyə münsaibətlərinə necə təsir edəcək?

Politoloq Qabil Hüseyinli Modern.az saytına bildirib ki, səfər qondarma erməni soyqırımını anma mərasimi ilə əlaqədardır: “Güman etmirəm ki, Putin təkcə bu məqsədlə oraya gedəcək. O, bununla göstərmək istəyəcək ki, işləmək iqtidarındadır, hakimiyyətə nəzarət edir və Rusiya onun tabeçiliyindədir. Əgər Putin Moskvaya gedə bilmirsə və qonaqlarını Peterburqda qəbul edirsə, üstəlik, Moskvada tanklar görünürsə, bu, Rusiya siyasi hakimiyyətinin olimpində heç də vəziyyətin yaxşı olmadığından xəbər verir.

Putinin mühafizəçilərinin rəhbəri, general-polkovnikin öldürülməsi və digər hadisələr onu göstərir ki, Moskvada vəziyyət heç də Putinin istədiyi kimi deyil. Putinə nə olmuşdu ki, Kremli qoyub Peterburqda Qırğızıstanın prezidentini qəbul etdi. Putinin siyasi hakimiyyətlə bağlı ciddi problemləri var. Bu problemlər də onu didərgin saldı. Yerevana getmək ideyası da, Amasiya birliyinin toplantısının keçirilməsi də məhz bunlarla bağlı məsələlərdir. Bütövlükdə Rusiya hakimiyyətində sular durulmayıb”.

Politoloqun fikirlərinə görə, bu səfərdə ciddi heç nə müzakirə edilməyəcək: “Səfər Putinin hələ də var olması və görünüş xarakteri daşıyacaq. Yerevanda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılma məsələsinin müzakirəsi gözlənilən deyil. Putin, sadəcə səfər edəcək.

Azərbaycan tərəfi hadisələri diqqətlə izləyir. Çünki baş verən hadisələr ekstremal vəziyyətdən xəbər verir. Azərbaycan hakimiyyəti çox istərdi ki, Putinin səfəri regiona sülh gətirsin, erməniləri konstruktiv mövqe tutmağa vadar eləsin, danışıqlar prosesindəki düyünü açsın. Azərbaycanın niyyəti bundan ibarətdir”.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür