Modern.az

Vaxtanq Kikabidze Ukraynadan siyasi sığınacaq ala bilər

Vaxtanq Kikabidze Ukraynadan siyasi sığınacaq ala bilər

17 Mart 2015, 17:25



75 illik yubileyi ilə bağlı Ukraynada silsilə konsertlərlə çıxış edən tanınmış gürcü müğənnisi və aktoyru Vaxtanq Kikabidze bu ölkədən siyasi sığınacaq ala biləcəyini deyib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müğənni bu barədə keçirdiyi mətbuat konfransında danışıb: “Mən dünən həyat yoldaşıma dedim: gəl Ukraynadan siyasi sığınacaq istəyək”. O isə “yaxşı”, -deyə cavab verdi”.

 Kikabidze Ukrayna hökumətində çalışan gürcü məmurlarının fəaliyyətindən də razılıq edib.

“Mən onalrın hamısını yaxşı tanıyıram və bütün məsuliyyətimlə deyə bilərəm ki, sizin çox yaxşı komandanız formalaşıb. Onlar öz işlərini yaxşı bilirlər, məsələn, Zqulidze çox ağıllı qızdır”.

Ukraynalı jurnalistlərdən biri isə müğənnidən Rusiya prezidenti Vladimir Putinlə üzləşsəydi ona hansı sualı verəcəyi ilə maraqlanıb: “Artıq 5 gündür hamı onun sağ, ya ölü olması ilə bağlı sual verir. Dünənki foto ilə bağlı da deyirlər ki, həmin foto 2012-ci ildə Tailandda çəkilib. Orada nəyinsə baş verdiyi dəqiqdir. Bilirsiniz, həyatda qanunsuzluq cəzasız qalmır, bütün bunların axırı pis qurtaracaq”.

Veteran müğənni Rusiya telekanallarının Ukrayna hadisəlrini qeyri-obyektiv işıqlandırmasını da tənqid edib: “Əhvalım pis olanda “Rossiya 24” telekanalını açıram. Orada elə şeylər deyirlər ki. insanın tükləri biz-biz durur. Sağlam düşüncəli insanlar bütün bunların Ukrayna torpaqlarının ilhaqı olduğunu etiraf edir. Vaxtı ilə Sergey Lavrov da Gürcüstanın Rusiyaya müharibə elan etdiyini demişdi. Hansı normal insan inanar ki, kiçik Gürcüstan nəhəng Rusiyaya müharibə elan edə bilər”.

Martın 17-də Lvovda konser proqramı ilə çıxış edən Kikabidze martın 19-u Kiyevdə, 22-si Xarkovda və 24-də isə Odessada konsert proqramını davam etdirəcək.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir