Modern.az

Bitərəf jurnalist AMİP-in seçki siyahısında nə gəzir?

Bitərəf jurnalist AMİP-in seçki siyahısında nə gəzir?

Media

13 Sentyabr 2010, 17:26

Noyabrın 7-də keçiriləcək parlament seçkilərində bir neçə tanınmış jurnalistin iştirak edəcəyi barədə məlumat vermişik. Onlardan biri də 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Ekspress” qəqetinin əməkdaşı Aqil Aslandır.

Maraqlıdır ki, bir müddət öncə Aqil Aslan deputatlığa namizədliyini müstəqil şəkildə irəli sürəcəyi barədə mətbuata açıqlama versə də, AMİP-in namizədlər siyahısında onun da adı yer alıb. PJB sədrinin müavini Modern.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Doğrudur, seçkiyə müstəqil şəkildə qatılmaq istəyirdim. Çünki heç bir siyasi partiyanın üzvü deyiləm, bitərəfəm. Bu barədə qərarımı açıqlayandan sonra mənim dostum, AMİP-in Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov mənə dəstək verəcəyini bildirdi. Sonradan təklif gəldi ki, bitərəf  kimi AMİP-in deputatlığa namizədlər siyahısında seçkilərə qatılım. Seçki Məcəlləsinə əsasən siyasi partiyalar bitərəf şəxsləri də öz namizədlər siyahısına daxil edə bilər. Mən də bu təklifi dəyərləndirərək qəbul etdim. Bilirsiniz, AMİP-in Goranboy rayon təşkilatı çox güclü təşkilatdır. Bundan başqa, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin Ağdamdan olan seçiciləri məcburi köçkün kimi respublikanın 20 şəhər və rayonunda (Bakı, Sumqayıt, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qax, Zaqatala, Ağsu, Göyçay, Ağdaş, Şəki, Yevlax, Goranboy, Naftalan, Tərtər, Ağdam, Gəncə) məskunlaşıblar. Müstəqil namizəd kimi təkbaşına bu rayonlarda təşviqat və təbliğatla məşğul olmaq imkanım məhdud idi. Lakin AMİP-in bu şəhər və rayonlarda yerli təşkilatları var və onlar seçki prosesində mənə dəstək olacaqlar. 55 seçki məntəqəsinin hamısında müşahidəçilərimiz olacaq. Onu da qeyd edim ki, AMİP sədri Yusif Bağırzadənin Qarabağ probleminin həlli ilə bağlı mövqeyi, həmçinin bu partiyanın Güney Azərbaycanla bağlı tutduğu mövqe də mənim şəxsi mövqeyimlə üst-üstə düşür ki, bu özü də mənim qərarıma təsir edib”.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi