Modern.az

Prezidentin qardaşı oğlu baş nazirin qızı ilə evlənir

Prezidentin qardaşı oğlu baş nazirin qızı ilə evlənir

19 Mart 2015, 14:32


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qardaşının ögey oğlu Daniyar Kesikbaev Malayziyanın baş naziri Nacib Razakın qızı Nuriana Nadjva ilə evlənəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi baş nazirin rezidensiyasında keçiriləcək. Paytaxt Kuala-Lumpurda baş tutacaq toy mərasiminə Malayziya kralı Abdul Xalim Muadzam Şahın, nazirlərin və xarici dövlət başçılarının qatılacağı planlaşdırılır. 
Nuriana Nadjva və Daniyar Kesikbaev ABŞ-da təhsil alarkən tanış olublar. Qız Vaşinqtonda Corctaun Universitetinin diplomatik xidmət fakültəsini, Nazarbayevin qardaşı oğlu isə Nyu-Yorkda Kolumbiya Universitetini bitirib. Cütlük 2011-ci ildə nişanlanıb.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı