Modern.az

Baş nazir soyuq müharibə fondu yaradır

Baş nazir soyuq müharibə fondu yaradır

21 Mart 2015, 09:44


Böyük Britaniyanın baş naziri Devid Kemeron Şərqi Avropa ölkələrini Rusiyanın təhlükəsindən dəstəkləmək məqsədilə fond yaradır. Modern.az xarici KİV-ə istinadən bildirir ki, fondun büdcəsi hələ ki 5 milyon funt olacaq, ancaq sonradan bu rəqəm 20 milyona qədər artacaq. Bu vəsait Ukrayna, Moldova, Gürcüstan, Bosniya və Hersoqovina və Serbiyada demokratiyanın dəstəklənməsinə yönəldiləcək. Məlumatda qeyd edilir ki, layihə soyuq müharibə dövründə, Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin hazırladığı proqrama əsaslanacaq. O zaman pul SSRİ-nin təsir dairəsində olan Çexoslavakiya, Macarıstan və Polşada iqtisadi və siyasi inkişafa dəstək məqsədilə ayrılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir