Modern.az

“Riyad” Mühafizə xidmətinin rəis müavini jurnalisti hədələyib

“Riyad” Mühafizə xidmətinin rəis müavini jurnalisti hədələyib

14 Sentyabr 2010, 13:02

 

 

 

 

 

Cəsur Sümərinli


“Riyad” Mühafizə Xidmətinin İlqar adlı rəis müavini “MilAz” İnformasiya Agentliyinin baş direktoru, “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Sümərinlini hədələyib. Bu barədə C.Sümərinli Modern.az-a məlumat verib. Telefon danışığında İlqar C.Sümərinlini “Bakmil”in binasında yerləşən ofisə dəvət edib və gələcəyi təqdirdə ona qarşı kobudluq göstəriləcəyini bildirib.  

C.Sümərinli bildirdi ki, hər şey onun dayısı oğlu Elnur Tağıyevin adına olan şəxsiyyət vəziqəsinin “Riyad” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən faktiki girovluqda qalması səbəbindən başlayib. Belə ki, E.Tağıyev mühafizəçi işinə düzəlmək məqsədilə 2010-cu ilin aprelində firmanın ofisinə üz tutub və işə düzəlmək arzusunda olduğunu bildirib. İlqar adlı həmin rəis müavini ondan şəxsiyyət vəsiqəsini istəyib və bildirib ki “yer boşalanda” xəbər verəcək. Bu minvalla hadisənin üztündən 2 aydan artıq vaxt keçib və qurumdan cavab gəlmədiyini görən E.Tağiyev başqa işə düzəlib və sənədini geri almaq üçün maraqlananda “Riyad” firmasında onu get-gələ salıblar. Sonuncu dəfə 2 həftə bundan öncə E.Tağiyev yenidən qurumun ofisinə gedib. Oradan isə ona sənədini göstərərək İlqarın orda olmadığını əsas gətirərək sənədi verə bilməyəcəklərini deyiblər. E.Tağıyev İlqarla əlaqə saxlayanda sonuncu telefonu bir neçə dəfə söndürüb. E.Tağiyev səbəbi ilə maraqlananda rəis müavini “yaxşı elədiyni” bildirib.

Məsələ ilə əlaqədar C.Sümərinli E.Tağıyevin hüquqlarını qorumaq və vəziyyəti araşdırmaq məqsədilə dünən saat 17.00 radələrində “Riyad” Mühafizə Xidmətinin ofisinə baş çəkib. Növbətçi bildirib ki, rəhbərlikdən heç kim yoxdur. C.Sümərinli İlqarın telefon nömrəsini əldə edərək ona zəng edərək E.Tağiyevin sənədinin niyə “girovlüqda” saxlanıldığını soruşub. Rəis müavini bu məsələyə heç bir izahat verə bilməyib. Onda C.Sümərinli bildirib ki, baş verən hadisə faktik olaraq şəxsiyyət vəsiqəsini girovluqda saxlamaqdır və sənəd təcili olaraq verilməlidir, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Qarşı tərəf C.Sümərinlidən bu gün səhər saat 10.00-da ofisə gəlməyini istəyib. C.Sümərinli işi ilə əlaqədar gələ bilməyəcəyini söyləyib.  

C.Sümərinli bu gün yenidən İlqara zəng edərək E.Tağıyevin sənədini şəhərin mərkəzində təyin olunmuş yerə gətirməsini istəyib. İlqar isə yalnız sənədi ofisdə verə biləcəyini bildirib. C.Sümərinli İlqara E.Tağıyevin onun tərəfindən dəfələrlə get-gələ salınmasını xatırladıb. Bunun ardınca rəis müavini C.Sümərinli ilə kobud, mədəniyyətdən kənar danışmağa başlayıb. O, C.Sümərinlini hədələyib və qeyd edib ki, bundan sonra ofisə gəlsə, onunla kobud davranılacaq. C.Sümərinli aşkar hədəsinə görə məsuliyyət daşıdığını və məsələyə görə Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirdikdə İlqar heç kimdən qorxmadığını bəyan edib.  

Məsələ ilə bağlı C.Sümərinli “Riyad” Mühafizə Xidmətindəki qanunsuzluqlar, E.Tağiyevin şəxsiyyət vəsiqəsinin girovluqda saxlanılması və özünə qarşı bu qurumun nümayəndəsi tərəfindən hədələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

***

C əsur Sümərinli bu gün günortadan sonra "Riyad" Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən hədələnməsi ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubova müraciət edib.
"
Xahish edirəm “Riyad” Mühafizə Xidmətindəki qanunsuzluqlar, Elnur Tağiyevin şəxsiyyət vəsiqəsinin girovluqda saxlanılması və özümə qarşı bu qurumun İlqar adlı nümayəndəsi tərəfindən edilən hədələrlə bağlı məsələ ilə əlaqədar tədbirlər görülməsinə göstəriş verəsiniz"-deyə müraciətdə bildirilib.

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?