Modern.az

Səfirlik jurnalistika fakültələrinin tələbələri üçün müsabiqə elan edib

Səfirlik jurnalistika fakültələrinin tələbələri üçün  müsabiqə elan edib

9 Oktyabr 2009, 19:48

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın gənc jurnalistləri və jurnalistika fakültələrinin tələbələri arasında üçüncü müsabiqə elan edib. Modern.az səfirliyin yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqəyə “Rusiya-Azərbaycan: sülh və sabitlik naminə strateji tərəfdaşlıq”, “Müasir Azərbaycanda rus dilinin rolu”,  “Böyük Vətən müharibəsində Qələbə haqqında unudulmaz xatirələr” mövzularında rus dilində yazılmış işlər təqdim edilə bilər.
Müsabiqəyə gənc (yaşı 30-a qədər olan) jurnalistlər və jurnalistika fakültələrinin tələbələri göstərilən mövzular üzrə materiallar (məqalələr, fotosüjetlər) təqdim edə bilərlər.
Təqdim olunan işlər elektron variantda - məqalələrin hər birinin həcmi 10.000 işarəyə qədər, fotosüjetlər ən azı 10 fotoşəkildən ibarət olmaqla, ayrı-ayrı elektron daşıyıcılarda qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün sifariş müəllif haqqında arayışdan (müəllifin adı və soyadı, iş və ya təhsil yeri, telefon nömrəsi) və müsabiqə materialından ibarət olmalıdır.
Sifarişlər müsabiqə işləri ilə birlikdə 2009-cu il dekabrın 15-dək Rusiyanın Azərbaycandakı səfirliyinə təhvil verilməlidir.
Qaliblərə fəxri diplomlar, bir I mükafat, iki II mükafat, üç III mükafat və həvəsləndirici mükafatlar təqdim ediləcək.
Təqdim olunmuş ən maraqlı materialların ayrıca məcmuə şəklində nəşr edilməsi nəzərdə tutulur, ən yaxşı fotosüjetlər isə xüsusi fotosərgidə nümayiş etdiriləcək.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı