Modern.az

Ukrayna Rusiya qazından imtina edir

Ukrayna Rusiya qazından imtina edir

Dünya

23 Mart 2015, 17:03



Ukrayna aprelin 1-dən etibarən Rusiya qazından imtina edəcək. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu haqda martın 23-də keçirilən brifinq zamanı Ukraynanın energetika və kömür sənayesi naziri Vladimir Demçişin bildirib.

"Bu anda rus qazının alınması üçün heç bir ehtiyac yoxdur. Mən düşünürəm ki, biz artıq qaz almayacağıq"- deyə nazir bildirib.

Qeyd edək ki, martın 20-də Ukraynaya rus qazının verilməsi və qiymətləri ətrafında Brusseldə danışıqlar aparılıb. Danışıqlar zamanı Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı və Ukrayna-Rusiya-Aİ-nın enerji nazirləri iştirak edib.

Şahin Qocayev 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür