Modern.az

Müdafiə Nazirliyi köhnə silahları satışa çıxarır

Müdafiə Nazirliyi köhnə silahları satışa çıxarır

23 Mart 2015, 17:15



Bolqarıstan Müdafiə Nazirliyi istifadəyə yararsız olan minlərlə silah satacaq. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, nazirilik bu satışla 2015-ci ildə yaranan, təxminən 35 milyon avroluq büdcə kəsirini kompensasiya etməyə çalışacaq. Satılacaq silahların xüsusiyyətləri Bulqarıstan Müdafiə Nazirliyinin internet səhifəsində nümayiş edilib.
Tender yolu ilə satışa çıxarılacaq silahlar arasında "Browning Baby" tipli kiçik tapançalar, zenit raketləri, toplar, Rusiya istehsalı olan T-55 tankları da var. Hərbi mütəxəssislər, 5,45 və 7,62 kalibrli “Kalaşnikov” avtomat silahların, “Mauser”, “Haenel” və “Zbrojovkave Mannlicher”  tüfənglərinin də satışa çıxarılacağını bildirir.
Kolleksiyaçıların marağını çəkən tapançalar arasında isə 1922-ci il istehsalı “Browning”, 1913-cü il  istehsalı “Langehan” və “Margolin” var.

Şahin Qocayev 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir