Avstraliyanın ilk qadın baş naziri Julia Gillardın 31 yaşındakı ögey qızının verdiyi pozalar ölkəni qarışdırıb.
Modern.az xarici mətbuata istinadla xəbər verir ki, əynində büsqalter və bikini olan, əlində Avstraliya bayrağıyla kişi jurnalına erotik pozalar verən 31 yaşlı Staci baş naziri çətin vəziyyətdə buraxıb.
Bu şəkillərdən hiddətlənən bəzi siyasətçilər milli bayrağa hörmət göstərilməsi lazım olduğunu vurğulayıblar.
Gillardın sevgilisi Tim Matheisondan olan qızı Staci bildirib ki, atası onun şəkillərini bəyənən ilk kişidir.
Nyu-Yorkda saç dizayneri olaraq çalışan 31 yaşlı Staci "anamın da şəkilləri bəyənəcəyinə əminəm" deyib.