Modern.az

Netanyahu ərəblərdən üzr istədi

Netanyahu ərəblərdən üzr istədi

24 Mart 2015, 11:10


İsrail baş naziri Benyamin Netanyahu  fələstinlilərdən üzr istəyib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Netanyahu seçki günü ərəb seçiciləri haqqında dediyi sözlərə görə fələstinli ərəblərdən üzr istəyib. Ölkədə yaşayan azlıqların nümayəndələri ilə bir araya gələn Netanyahu məqsədinin fərqli bir şey olduğunu bildirib.

"Bir neçə gün əvvəl dediyim sözlərin bəzi İsrail vətəndaşı olan ərəbləri incitdiyini bilirəm. Mənim niyyətim bu deyildi, üzr istəyirəm"- deyə baş nazir bildirib.

Xatırladaq ki, İsrailin 8,5 milyonluq əhalisinin təxminən 2 milyonu fələstinlilərdən ibarətdir. 1948-ci ildəki döyüşlərə baxmayaraq öz evlərində qalan fələstinliləri hökümət rəhbərliyi "israilli ərəb" adlandırır.

Şahin Qocayev 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı