Modern.az

Prezident 14 komandirə "Ukrayna qəhrəmanı" adı verdi

Prezident 14 komandirə "Ukrayna qəhrəmanı" adı verdi

24 Mart 2015, 11:14

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Müdafiə Universitetində ordu rəhbərliyi ilə görüşüb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə Poroşenko Donetsk və Luqanskın 70%-nin separatçılardan təmizləndiyini bildirib.
Tədbirdə çıxış edən prezident 2014-cü ilin 5-23 avqust tarixlərində silahlı qüvvələr tərəfindən separatçılara qarşı 40-dan çox əməliyyatın aparıldığını, bunun nəticəsində isə 100-dən çox yaşayış sahəsinin azad edildiyini bildirib. Ölkədəki müharibə nəticəsində silahlı qüvvələrin böyük bir təcrübə qazandığını bildirən Poroşenko Ukraynanın qitədə ən güclü orduya sahib olan beş ölkədən biri olduğunu deyib.
Tədbirin sonunda ölkənin şərqdəki müharibədə cəsarət və qəhrəmanlıq göstərən 4 komandirə "Ukrayna qəhrəmanı" adı verilib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir