Modern.az

Mişel Platini yenidən UEFA prezidenti seçilib

Mişel Platini yenidən UEFA prezidenti seçilib

24 Mart 2015, 19:13


Əfsanəvi fransalı futbolçu Mişel Platini yenidən UEFA prezidenti seçilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Platini 2007-ci ildən UEFA-ya rəhbərlik edir. O zaman əfsanəfi futbolçu Lennart Yohansonna qalib gəlib. 59 yaşlı Platini 2011-ci ildə ikinci müddətə seçilib. Həmin seçkidə də indiki kimi onun alternativi olmayıb.

Platini keçmiş futbolçu kimi “Nansi”, “Sent Etyen” və Turinin”Yuventus” klublarında oynayıb. O, 3 dəfə “Qızıl top”un (1983, 1984 və 1985-ci illərdə) qalibi olub, bundan əlavə 1984-cü ildə Avropa çempionu titulunu qazanıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi