Modern.az

Kasparov Putinin Kremldə necə öləcəyini bilir

Kasparov Putinin Kremldə necə öləcəyini bilir

24 Mart 2015, 23:50

Rusiya müxalifətçisi, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Kremlin apardığı siyasəti növbəti dəfə tənqid atəşinə tutub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Harri Kasparov Hollandiyanın “Nexus” institunda çıxışı zamanı Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə çağırıb.

O bildirib ki, Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi ilə paralel olaraq Ukraynaya silah yardımı edilməlidir.
“Əgər Putin hiss etsə ki, Qərb zəiflik nümayiş etdirir, bu zaman o daha uzaqlara gedəcək”,-deyən Kasparov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Avropa üçün də təhlükədir.

Onun sözlərinə görə Avropa ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq bir diktator tərəfindən dəyişdirilir.

“Əgər Qərb qəti surətdə Putinə qarşı çıxış etməsə, bu təhlükə  Baltikyanı ölkələr üçün gözlənilir. Avropa təslim olmamalıdır”.
Məşhur şahmat ustası Vladimir Putini “İslam dövləti” terrorçu təşkilatı ilə də müqayisə edərək qeyd edib ki, Avropa kompromis bağlamağa meyllidir.

“Hər iki iştirakçının qalib gəldiyi vəziyyət həmişə yaxşıdır, ancaq bu, nə “İslam dövləti” nə də Putinlə  mümkündür. Putinin tək hədəfi öz hakimiyyətini saxlamaqdır. O, öz həyatının qalan hissəsini Kremldə keçirəcək. O, həmçinin Kremldə öləcək. Ancaq necə və nə vaxt – mən bunu bilirəm”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir