Modern.az

Arif Rəhimzadə: “Şərait yaratmışıq, kim blok yarada bilirsə, buyursun”

Arif Rəhimzadə: “Şərait yaratmışıq, kim blok yarada bilirsə, buyursun”

14 Sentyabr 2010, 18:35

Müxalifət düşərgəsində yeni birliklərin yaranması Yeni Azərbaycan Partiyasına heç bir problem yaratmır. Modern.az xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
«Hakim partiya problemlərdən qorxmur. Buna görə də şərait yaratmışıq ki, kim blok yarada bilirsə, buyursun. Hamı öz platformasını elan edəcək və səs toplamağa çalışacaq. Yəni, seçki prosesində əsl həqiqət üzə çıxacaq»-deyə deputat qeyd edib. 

A.Rəhimzadə AXCP və Müsavat partiyalarının parlament seçkilərində vahid blok halında iştirak etmələrini də təbii qarşılayıb.

«Seçki ərəfəsində ölkədə çoxsaylı seçki bloklarının yaradılması yaxşı haldır”-deyən A. Rəhimzadənin fikrincə, hər bir seçkidə rəqabətin olması vacib faktordur. Bu baxımdan müxalifət düşərgəsində bloklaşmaların olması da rəqabətə şərait yaradacaq:
«AXCP və Müsavatın seçkiyə vahid siyahı ilə getməsini normal qarşılayıram. Amma deyim ki, onların böyük bir gücü, elektoratı var, yanılaram”. 
Onun sözlərinə görə, ölkədə seçkiqabağı durum çox normaldır. Vətəndaşların seçkidə iştirakı üçün hər bir şərait yaradılıb. Bundan istifadə edən siyasi partiyalar da müxtəlif bloklarda birləşmək yolu tutdular. 

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir