Modern.az

“Sadval"çı boğularaq öldürülüb

“Sadval"çı boğularaq öldürülüb

26 Mart 2015, 16:00



Dağıstanda "Sadval" təşkilatının fəal üzvü Ruslam Maqomedrəsulov ölü tapılıb. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, Məmmədrəsulovun cəsədi Kaspiysk şəhərində pravoslav kilsənini 400 metrlyində olan avtomaşında tapılıb. 45 yaşlı "sadvalçı"nın boğularaq öldürüldüyü, maşından isə bir sıra sənədlərin və telefonun itdiyi müəyyən olunub.
Ruslam Maqomedrəsulovun uzun illər hərbi və mülki aviasiyada çalışdığı, son ilərdə isə ləzgilərin "Sadval" təşkilatının sıralarında aktiv çalışdığı bildirilir. Təşkilat Azərbaycan və Dağıstan ləzgilərinin birləşməsi, Samur meşəsinin quruması, Azərbaycanın Xraxoba kəndinin sakinlərinin Rusiyaya köçürülməsi və s. sahələrdə fəaliyyət göstərdiyi üçün Azərbaycan Respublikası tərəfindən separatçı elan edilib.

Modern.az      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı