Modern.az

Putin Qərbi ittham etdi: "2016 və 2018-ci il seçkilərində bizə təxribat hazırlayırlar"

Putin Qərbi ittham etdi: "2016 və 2018-ci il seçkilərində bizə təxribat hazırlayırlar"

26 Mart 2015, 16:17

Prezident Vladimir Putin 2016-cı ildə keçiriləcək Dövlət Duması və 2018-ci ilin prezident seçkiləri zamanı Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən Rusiya üçün təxribat hazırlandığını deyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident  bu sözləri Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında səsləndirib.

"Rusiyadakı daxili sabitliyi pozmaq və hakimiyyəti gözdən salmaq üçün Qərb xüsusi xidmət orqanlarının yerli QHT-lərdən və siyasiləşmiş təşkilatlardan istifadə etmək cəhdləri dayanmır. 2016 və 2018-ci il seçkilərində Rusiyaya qarşı aksiyalar planlaşdırılır. Ölkə müxalifəti və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı hazırıq. Belə dialoqlar bütün ölkələr, o cümlədən Rusiya üçün lazımlıdır. Amma xarici himayədarlarının sifarişi ilə, özünün deyil, xarici dövlətlərin maraqlarını qoruyanlarla diskussiyaya daxil olmağın mənası yoxdur". 

Putin sonda Rusiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsini xüsusi nəzarətdə saxlamaqda davam edəcəklərini də əlavə edib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər