Modern.az

Fransadakı təyyarə qəzasını pilotlardan biri qəsdən törədib

Fransadakı təyyarə qəzasını pilotlardan biri qəsdən törədib

26 Mart 2015, 17:01

Fransada qəzaya uğrayan "Airbus A320" təyyarəsi ilə bağlı ilk rəsmi versiya səsləndirilib. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, Marsel şəhər prokuroru Bris Roben qəzanın 2-ci pilot tərəfdindən qəsdən törədildiyini deyib.

Aydın olub ki, pilot kabinəsini içəridən bağalayan 2-ci pilot Andreas Lubits digər uçuş heyətini içəri buraxmayıb. Təyyarəni təkbaşına idarəedən pilotun "Airbus 320"ni qəsdən Alp dağlarının cənub yamacına çırpdığı ehtimal olunur.

Qəza nəticəsində əsasən Almaniya və İspaniya vətəndaşları olmaqla 150 nəfər həlak olub.


Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi