Modern.az

Rusiyanın yeni ölümcül raketləri ABŞ-ı narahat edib

Rusiyanın yeni ölümcül raketləri ABŞ-ı narahat edib

26 Mart 2015, 17:32

"Bu ölkəmiz üçün son 30 ilin ən böyük təhlükəsidir"  



Rusiya Müdafiə Nazirliyi qitələrarası yeni ballistik raketin - "Rubej" raketlərinin sınaqlarını uğurla başa çatdırıb.  
Modern.az
Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar poliqonundan buraxılan raket Qazaxıstannın Sarı-Şaqan poliqonundakı şərti hədəfi uğurla məhv edib. "Kommersant" qəzeti "RS-26" (Rubej) raketlərinin Udmurtiya Muxtar Respublikasının Votkin zavodunda kütləvi istehsal olunacağını və 2016-cı ilin əvvəllərindən Rusiya ordusunun arsenalına daxilk olacağını bildirib.

Şimal qonşumuzun "Topol-M" və "Rs-24" raket komplekslərindən fərqli olaraq "RS-26"  raketlərinin daha mobil olması və yüksək dəqiqliyə malik olması xüsusilə vurğulanır. Belə ki, raketlər 2 min-6 min kilometr məsafədə istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir.

Hərbi ekspertlər isə raketin raketəleyhinə sistemlər üçün faktiki olaraq "ələkeçməz" olduğnu bildiriblər. "RS-26" raketlərinin eyni vaxtda 35 raketəleyhinə sistemdən yayınmaq üçün "intelektual manevr" imkanlarına malik olduğu məlumdur.   Məsələyə ABŞ Konqesi də öz münasibətini bildirib. Konqres rəsmən "RS-26" (Rubej) raketlərini son 30 ildə ABŞ-ın milli təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb. Rusiya raketlərinin ABŞ qlobal raketəleyhinə müdafiə sistemini darmadağın edə bilməsi yerli qanunvericiləri narazı salıb.    

Vüqar İsmayılov     
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı