Modern.az

İki müxtəlif partiya üzvü olan deputatlar evləndilər - FOTO

İki müxtəlif partiya üzvü olan deputatlar evləndilər - FOTO

27 Mart 2015, 23:26


Rusiya tarixində ilk dəfə iki müxtəlif partiyanın üzvü olan deputatlar evləniblər. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, toy edənlər “Vahid Rusiya” Partiyasının üzvü müğənni Mariya Maksakova-İnsberq və Rusiya Kommunist Partiyasından deputat Denis Voronenkovdur. Maraqlıdır ki, opera müğənnisi ərinin soyadını götürüb.

Kommunistlə “Vahid Rusiya”nın deputatı arasında sevgi romanı bir ilə yaxındır başlayıb. Voronenkova və Maksakova-İnsberq arasında bir-birinə olan məhəbbət Dövlət Dumasının mədəniyyət komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı yaranıb. Evlənmələrinə baxmayaraq, parlamentarlar partiyalarını dəyişmək niyyətində deyillər.

Bundan əvvəl deputatlar Oksana Dmitriyeva və İvan Qraçov da evləniblər. Ancaq onların hər ikisi “Yabloko” fraksiyasının üzvü olublar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir