Modern.az

İranla bağlı həlledici mərhələ: Ruhani Merkellə DANIŞDI: “Növbə sizindir”

İranla bağlı həlledici mərhələ: Ruhani Merkellə DANIŞDI: “Növbə sizindir”

29 Mart 2015, 09:55

 

Rəsmi Tehranın nüvə proqramına dair İranın “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimiz üzvü+ Almaniya) apardığı danışıqlar özünün həll edici mərhələsinə keçib.  

Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə belə bəyanatla Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrin razılaşmaya yaxın olduğunu bəyan edib.  

Bu arada, İran prezidenti Həsən Ruhani ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Həsən Ruhani Merkellə söhbətində qeyd edib ki, İran “altılıq” ölkələri ilə apardığı danışıqların gedişatında kifayət qədər çeviklik nümayiş etdirib.  

İran prezidenti bildirib ki, beynəlxalq vasitəçilər olan “altılıq” ölkələri nüvə proqramına dair əldə edilməsi ehtimal edilən razılaşma üçün son addımları atmalıdırlar.  

Qeyd edək ki, 26 martda Lozannada İranın nüvə proqramına dair aparılan danışıqların növbəti raundu başlanıb. Tərəflər martın sonuna kimi sazişin siyasi hissəsinin hazırlanması üçün diplomatik səylər göstərir.  

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir