Modern.az

Lütfi Zadə nəzəriyyəsi Facebook-da tətbiq olunacaq - YENİLİK

Lütfi Zadə nəzəriyyəsi Facebook-da tətbiq olunacaq - YENİLİK

29 Mart 2015, 11:25

Bir milyard yarımdan çox istifadəçisi olan Facebook sosial şəbəkəsi artıq yeni eraya qədəm qoyur. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Facebook-un rəhbəri Mark Zukerberqin rəsmi səhifəsində yerləşdirilən məlumata görə, dünyanın ən böyük sosial şəbəkəsində tətbiq olunacaq bir sıra yeniliklər süni intellekt vasitəsilə həyata keçiriləcək.

Şirkətin yaxın gələcəkdə tətbiq edəcəyi proqramda süni intellekt vasitəsilə video və şəkillərdəki təsvirləri izah etmək mümkün olacaq. Yəni istifadəçi videoda nəyin təsvir olunduğunu yazılı formada ekranda görəcək.

Facebook-un Süni İntellekt Laboratoriyasının direktoru Yan Lekun müsahibəsində süni intellektin əsasında duran laylı neyron şəbəkəsi texnologiyasını “dünyanı təsvir etməyi öyrənən maşınlar” kimi izah edir. Onun sözlərinə görə, mürəkkəb laylı təhlil sisteminə əsaslanan bu texnologiya foto və videolardakı təsvirlərin izahını verə bilir. İstifadəçi tanımadığı bir heyvan fotosunu görürsə, sistem onun adını, hansı ərazilərdə yaşadığını, necə qidalandığı və s. haqqında məlumatlar çatdıracaq. Bu özəlliyinə görə onu həm də “dərindən öyrənmə” sistemi də adlandırırlar.

Süni intellekt nəzəriyyəsinin banilərindən və onu inkişaf etdirən şəxslərdən biri də əslən azərbaycanlı alim Lütfi Zadədir. Sosial şəbəkədə tətbiq olunacaq yeniliklər də öz mənbəyini həmin nəzəriyyədən götürür.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi