Modern.az

Poroşenkonu hədələdilər: “Yanukoviçin taleyi ilə üzləşə bilərsən”

Poroşenkonu hədələdilər: “Yanukoviçin taleyi ilə üzləşə bilərsən”

Dünya

29 Mart 2015, 21:37



“Sağ sektor”un liderei Dmitri Yaroş Ukrayna prezidenti Pyotr Poroşenkonu vəzifəsindən uzaqlaşdırmaqla hədələyib. Modern.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, Yaroş bunu Lb.ua saytına müsahibəsində bəyan edib:
“Bilirəm ki, o, (Poroşenko) bizdən qorxur. Mən onun gözülərinin içinə baxaraq hər şeyi demişəm. Bu, İlovaysk hadisəsi zamanı ilk razılaşmamızda olub. Döyüş gedir, mənə məruzə edir ki, Minsk razılaşması imzalanıb. Onun köməkçisi ilə əlaqə yaradıb dedim ona çatdır ki, bu tam idiotluqdur və milli maraqları satmaqdır. Onu da çatdırdım ki, biz Yanukoviçi devirdiyimiz kimi, onu da vəzifəsindən uzaqlaşdıra bilərik. Bərk incimişdim”.

Yaroşun sözlərinə görə, hakimiyyət üsyançılardan çox “Sağ sektor”dan qorxur. Buna qədər məlum olub ki, Yaroş Ukrayna Baş Qərargahının buraxılmasını təklif edir.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir