Modern.az

Ermənistan yığma komandası uduzdu

Ermənistan yığma komandası uduzdu

29 Mart 2015, 23:32


2016-cı il Avropa Çempionatının qrup mərhələsində İ qrupunda mübarizə aparan Ermənistanın futbol üzrə yığma komandası Albaniya millisinə 1:2 hesabı ilə məğlub olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Elbesan Arena”da bu gün baş tutan oyunun 4-cü dəqiqəsində Almaniyanın “Köln” klubunda çıxış edən Merqim Mavrayın öz qapısına vurduğu qol sayəsində Ermənistan irəli çıxıb.

İkinci hissənin əvvəllərindən ərazi üstünlüyünə ələ keçirən albanlar bir-birinin ardınca təhlükəli hücumlar təşkil ediblər. 70-ci dəqiqədə Makedoniyanın “Vardar” komandasında oynayan Oqanes Ambartsumyan ikinci sarı vərəqə alaraq meydançadan qovulub. 7 dəqiqə sonra həmin Merqim Mavray hesabı bərabərləşdirib. 81-ci dəqiqədə isə “Bazel”in yarımmüdafiəçisi Şkelzen Qaşi Albaniyanın qələbə topunu vurub.

Beləliklə, 4 oyundan sonra 1 xal toplayan Ermənistan yığması turnir cədvəlində sonuncu, 5-ci pillədədir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?