Modern.az

Nemtsovun qətlinin təşkilatçısı istintaqa məlumdur

Nemtsovun qətlinin təşkilatçısı istintaqa məlumdur

Dünya

30 Mart 2015, 10:38


Rusiyalı istintaqçılara tanınmış müxalif  siyasətçi Boris Nemtsovun qətlinin təşkilatçısının adı və soyadı məlumdur. Modern.az-ın verdiyi xəbərə görə, bu haqda “Kommersant” qəzeti istintaq qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb. Nəşrə bu haqda məlumat verən mənbənin sözlərinə görə, cinayətkar bu qətlin baş tutması üçün “ZAZ” avtomobili və tapança, eləcə də aksiyanı həyata keçirənlərə 5 milyon rubl verib. Sonuncu təşkilatçı Ruslik kimi təqdim olunub.

Hazırda istintaq cinayətlə bağlılığı ehtimal olunan digər sübutları toplayır. Bu qətldə əsas şübhəli Zaur Dadaev hesab olunur və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Bundan əlavə, cinayət işindəki potensial fiqurun ad və soyadı hələ ki açıqlanmır, onun təqsirkar bilinən yerlisi olduğu bildirilir.

Bundan əvvəl verilən məlumata görə, Nemtsovun qətlinin şahidi Dadaevə oxşamayan killeri görüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir