Modern.az

Sarkozi regional seçkilərdə qalib gəldi

Sarkozi regional seçkilərdə qalib gəldi

Dünya

30 Mart 2015, 11:05


“Ekzit-pool”un nəticələrinə görə Fransada martın 29-da keçirilən yerli seçkilərin ikinci turunda keçmiş prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi “Xalq Hərəkatı naminə İttifaq” qalib gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, ilkin nəticələrə görə, Sarkozinin partiyası 60-dan çox yerli şurada qalib olub. Hakim Sosialist Partiyası isə təxminən 30 şurada öz mövqeyini uduzub.
Marin Le Penin rəhbərlik etdiyi “Xalq Cəbhəsi” də mövqeyini möhkəmləndirib, ancaq onun bir yerli şuraya tam nəzarət edə biləcəyi məlum deyil.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir