Modern.az

Gürcüstanda milli valyutanın rəmzi dəfnini təşkil etdilər

Gürcüstanda milli valyutanın rəmzi dəfnini təşkil etdilər

Dünya

30 Mart 2015, 12:25



Gürcüstandakı bir neçə qeyri-hökumət təşkilatı paytaxt Tbilisidə milli valyutanın rəmzi dəfn mərasimini keçiriblər. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Larini yad edirik” adlı aksiya keçmiş baş nazir Bidzina İvanişvilinin evinin qarşısında təşkil edilib. “20 yaşlı lari 2 il sürən ağır xəstəlikdən sonra vəfat edib. Biz bura baş nazirin xalqı aldatdığını demək üçün gəlmişik”, - “Apriori” təşkilatının sədri Beso Şengeliya deyib.     
Aksiya iştirakçılarının əllərində tutduqları tabutun içərisinə üzərində İvanişvilinin təsviri olan milli valyuta əskinazları toplayıblar. Larinin rəmzi dəfni zamanı onlar mövcud böhranda hakimiyyəti təqsirkar adlandırırdılar.

2014-cü ilin noyabrından larinin rəsmi kursu ABŞ dollarına qarşı 26,8 faiz ucuzlaşıb. Martın 29-u üçün 1 ABŞ dolları 2,2242 lari təşkil edib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir